Media: ABŞ-ın iki qırıcı təyyarəsi Venesuelanın hava məkanına daxil olub

A- A A+

ABŞ-a məxsus iki ədəd F-18 qırıcı təyyarəsi çərşənbə axşamı Venesuelanın hava məkanına daxil olub və orada təxminən 40 dəqiqə dövrə vurub.

NUHÇIXAN xəbər verir ki, “Miami Herald” qəzetinin məlumatına görə, döyüş təyyarələri Marakaybo gölü üzərindən, təxminən 25 min fut (təxminən 7 min 500 metr) hündürlükdən uçub.

Gölün yaxınlığında yerləşən Suliya və Falkon şəhərləri Venesuelanın enerji sektoru üçün vacib bölgələrdir. Burada təxminən 150 milyard barel xam neft yataqları yerləşir.

Döyüş təyyarələri, həmçinin Venesuelanın ikinci ən böyük şəhəri Marakayboya və Hərbi Hava Qüvvələrinin “Rafael Urdaneta” aviabazasına 100 mil (təxminən 160 kilometr) yaxınlaşıb.

Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. Ağ Ev Venesuela Prezidenti Nikolas Maduronu narkotik kartellərdən birinin lideri olmaqda günahlandırır.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bəhanəsi ilə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu, atom sualtı qayığını və 16 mindən çox hərbçini Karib dənizinə yerləşdirib.

ABŞ mediası Birləşmiş Ştatların tezliklə Venesueladakı narkotik kartellərinə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini yazır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: