Honduras Konqresi prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib

A- A A+

Honduras Milli Konqresinin (birpalatalı parlament) daimi komitəsi qanun pozuntularını, təzyiqləri və kənar müdaxilələri əsas gətirərək, ölkədə keçirilən prezident seçkilərinin nəticələrini tanımayacağını açıqlayıb.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə qanunverici orqanın "X"də dərc olunan rəsmi məlumatında deyilir.

Qeyd olunub ki, Milli Konqres narkotik alveri ilə əlaqəli mütəşəkkil cinayət qrupları, "MS-13", "18" və başqa dəstələrin təzyiqi ilə çirklənmiş seçki prosesini təsdiq etməyəcək. Bəyanatda vurğulanıb ki, Hondurasda seçkilərin bütövlüyü və legitimliyinə xələl gətirən "seçki çevrilişi" baş verir.

Parlamentarilər ABŞ Prezidenti Donald Trampın seçki prosesinə müdaxiləsini pisləyib, Amerika prezidentinin hərəkətlərini Honduras xalqı üçün təhlükə, ABŞ-də narkotik ticarətinə görə məhkum edilmiş Mərkəzi Amerika ölkəsinin keçmiş prezidentinə siyasi əfv verilməsini dövlətin suverenliyinə misli görünməmiş təzyiq aktı adlandırıblar.

Deputatlar həmçinin düzgün işləmədiyi üçün seçkilərin ilkin nəticələrinin ötürülməsi sistemini pisləyiblər: "Belə şəraitdə keçirilən seçkilər tam demokratik və hüquqi qüvvədən məhrumdur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: