Böyük Britaniyada mənzil böhranı daha da dərinləşir.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, İngiltərədə küçədə gecələyənlərin sayı cəmi bir il ərzində 20 faiz artıb.
Hazırda ölkə üzrə bir gecədə ən azı 4 min 667 nəfər küçədə yatır, yüz minlərlə insan isə digər formalarda evsizliklə üzləşirlər.
“Shelter” təşkilatının illik hesabatında bildirilir ki, hazırda ölkədə 380 mindən çox insan, o cümlədən 175 min 25 uşaq evsizdir. Bu, ötən illə müqayisədə 8 faiz artım deməkdir. Rəqəmlər İngiltərədə hər 153 nəfərdən birinin, Londonda isə hər 45 nəfərdən birinin evsizliklə üzləşdiyini göstərir.
“Shelter”in baş direktoru Sara Elliott vəziyyəti inanılmaz dərəcədə ağır kimi xarakterizə edərək bildirib ki, qış yaxınlaşarkən 380 mindən çox insanın təhlükəsiz bir evinin olmaması inanılmazdır.
