Böyük Britaniya və Malayziya yaşıl maliyyə, karbon bazarları və bərpaolunan enerjinin inteqrasiyasını gücləndirmək məqsədilə yeni iqlim tərəfdaşlığı fondu yaradır.
NUHÇIXAN xəbər verir ki, Malayziyanın “Bernama” informasiya agentliyinin yaydığı məlumata əsasən, fondun ümumi büdcəsi 2,9 milyon funt sterlinq təşkil edəcək. Proqramın əsas məqsədi dövlət və özəl sektor nümayəndələri üçün yaşıl maliyyə sahəsində strateji yol xəritəsinin hazırlanmasına dəstək verməkdir.
Fond, həmçinin enerji saxlama sistemləri və şəbəkə infrastrukturuna investisiyaların stimullaşdırılmasını nəzərdə tutur. Proqramın digər hədəfi karbon bazarı mexanizmlərinin təkmilləşdirilməsi və torpaqdan istifadə sahəsində institusional potensialın artırılmasıdır.
