Gürcüstanın Ədliyyə Nazirliyi Strasburq Məhkəməsinin qərarı ilə bağlı bəyanat yayıb

A- A A+

Strasburq Məhkəməsinin bugünkü qərarı ilə Böyük Palata Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət orqanlarına hücum və ya basqın olduqda dövlətin xüsusi vasitələrdən qanuni istifadə etmək hüququna malik olduğunu bir daha təsdiqləyib. Qərarda, həmçinin qeyd olunur ki, iyunun 20-də keçirilən nümayiş zamanı parlamentə qarşı eskalasiya və basqınlar müxalifət siyasətçiləri tərəfindən təşviq edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə 2019-cu il iyunun 20-də baş vermiş hadisələrlə bağlı Strasburq Məhkəməsinin qərarı ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunub. Bildirilir ki, 2019-cu il 20 iyun hadisələri ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin ovaxtkı rəhbərliyi nümayişçilərə qarşı proporsional güc tətbiqini təmin etmədiyinə görə Strasburq Məhkəməsi Avropa Konvensiyasının maddələrinin pozulmasını müəyyən edib. Məhkəmənin qərarında, həmçinin qeyd olunub ki, 20 iyun nümayişi zamanı eskalasiya və parlamentə hücum müxalif siyasətçilər tərəfindən təşviq edilib.

Avropa Məhkəməsinin qərarına görə, dövlətin tətbiq etdiyi güc və xüsusi vasitələr hərəkətləri zorakılıq xarakteri daşıyan nümayişçilərə yönəldilməli idi. Müvafiq olaraq, Daxili İşlər Nazirliyinin ovaxtkı rəhbərliyi tərəfindən bu standarta əməl olunmaması və nümayişçilərə qarşı proporsional güc tətbiqi təmin olunmadığı üçün Avropa Konvensiyasının 3-cü (pis rəftar), 10-cu (ifadə azadlığı) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələrinin pozulması müəyyən edilib.

“Gürcüstan hökuməti Palatanın 7 may 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş təhqiqatın nöqsanlarını nəzərə alıb və müvafiq addımlar atıb. 2025-ci il noyabrın 12-də Gürcüstan Prokurorluğu ölkənin keçmiş daxili işlər naziri Giorgi Qaxariyaya qarşı cinayət təqibinə başlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir”, – deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: