Fransada təyyarə qəzası: pilot həyatını itirib

A- A A+

Fransanın Sena-Maritim departamentində, Havr-Octeville hava limanı yaxınlığında yüngül mühərrikli “DR 400” tipli təyyarə qəzaya uğrayıb.

NUHÇIXAN xəbər verir ki, departament prefekturası hadisənin bu gün səhər saatlarında baş verdiyini təsdiqləyib. Prefekturanın açıqlamasına görə, təyyarə saat 07:50-də Havr-Octeville limanından havaya qalxıb, lakin qısa müddət sonra hava limanının uçuş zolağının sonunda yerləşən bağ sahələrinə düşüb. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb edilib.

Havr prokurorluğu pilotun həyatını xilas etməyin mümkün olmadığını bildirib. Rəsmi uçuş planına əsasən, təyyarədə yalnız bir nəfər - komandir-pilot olub. Qəzanın səbəbi hələlik məlum deyil. “ICI Normandie” saytı şahid ifadələrinə istinadla yazır ki, təyyarə havaya qalxdıqdan dərhal sonra kəskin dönüş edib və istiqamətini dəyişib, lakin bunun səbəbi hazırda araşdırılır. Şahidlərdən biri qəzanın səsindən sonra dərhal fövqəladə xidmətləri məlumatlandırıb. Axtarışlar zamanı təyyarənin qalıqları qısa müddətdə aşkar edilib.

Qəzanın səbəblərini müəyyənləşdirmək üçün istintaq davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: