Cinayətkarlar Britaniyanın Bristol şəhərindəki muzeydən əhəmiyyətli mədəni dəyərə malik 600-dən çox eksponatı oğurlayıblar.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Eyvon və Somerset polisinin yaydığı məlumatda deyilir.
"Əhəmiyyətli mədəni dəyərə malik olan çoxlu sayda əşyanın oğurlanması şəhər üçün ciddi itkidir. Bir çoxu hədiyyə olaraq verilmiş bu əşyalar Böyük Britaniya tarixini əks etdirən kolleksiyanın bir hissəsidir və biz ümid edirik ki, ictimaiyyət nümayəndələri günahkarların məsuliyyətə cəlb olunmasında bizə kömək edəcəklər", - detektiv Den Byorqan bildirib.
Polis oğurluqda şübhəli bilinən dörd nəfərin fotoşəkillərini yayıb. Hüquq-mühafizə orqanları oğurlanmış əşyaların dəyərini açıqlamayıb və bu məlumatı niyə iki ay yarım sonra yaydıqlarını izah etməyib.
Qeyd olunub ki, oğurluq sentyabrın 25-də gecə baş verib.
