Qazaxıstanın Almatı şəhərində - “Almatı-2” dəmir yolu stansiyasında qatarda təbii qazdan kütləvi zəhərlənmə baş verib, bu haldan 52 nəfər zərər çəkib.
NUHÇIXAN Qazaxıstan mediasına istinadla xəbər verir ki, zərərçəkənlər xəstəxanalara çatdırılıblar, onların arasında 10 uşaq da var. Xəstələrin əksəriyyəti müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisənin səbəbləri araşdırılır.
