Ərdoğan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır

A- A A+

Türkiyə İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda deyib.

"Sülh və təhlükəsizlik üçün əlimizi daşın altına qoymalıyıq. Qonşularla yaxşı münasibət yaratmaq üçün çevrəmizdə bir sülh çəmbəri yaratmaq niyyətindəyik. İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırıq. Qəzza məsələsində isə ikidövlətli həll yolunun tərəfdarıyıq", - o əlavə edib.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi bu gün ədalətli, tərəfsiz yanaşması ilə vasitəçilik missiyasını icra etmək baxımından dünyanın aparıcı dövlətləri sırasında dayanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: