ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukraynada davam edən münaqişə III Dünya müharibəsinə çevrilə bilər.
NUHÇIXAN xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə deyib. “Biz Ukraynadakı münaqişənin bitməsi üçün səy göstəririk. Əgər vəziyyət nəzarətdən çıxsa, III Dünya müharibəsinə səbəb ola bilər”, - deyə Donald Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton bu məsələdə Ukrayna və Rusiya ilə razılığa gəlməyə yaxındır.
Qeyd edək ki, Donald Tramp noyabr ayında münaqişənin nizamlanması üzrə 28 maddəlik planını təklif etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Sənəd Kiyev və onun Avropalı tərəfdaşlarının narazılığına səbəb olub. ABŞ prezidenti daha sonra orijinal planın Kiyev və Moskvanın mövqeləri nəzərə alınmaqla yenidən hazırlandığını və yalnız bir neçə mübahisəli məsələnin qaldığını deyib.
