APEC-in növbəti sammitinin vaxtı məlum olub

A- A A+

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 37-ci zirvə toplantısı 2026-cı il noyabrın 18-19-da Çinin Quandon əyalətinin Şencen şəhərində keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə APEC-in yüksək rəsmilərinin Şencendə keçirilən qeyri-rəsmi toplantısında açıqlama verilib.

Çin tərəfi açıqlıq, innovasiya və əməkdaşlığı “APEC Çini ili”nin prioritetləri elan edib, zirvə toplantısının “Birlikdə tərəqqi üçün Asiya-Sakit okean cəmiyyəti quraq” devizi altında keçiriləcəyini bildirib. Bu, Çinin APEC sammitinə 3-cü ev sahibliyi olacaq. Təşkilatın 2001-ci ildəki sammiti Şanxayda, 2014-cü ildə isə Pekində keçirilib.

Qeyd edək ki, APEC Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur. Onun təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, habelə Çinin Honkonq xüsusi inzibati ərazisi və Tayvan adası da daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir. APEC-in ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirilir. Sonuncu sammit oktyabrın sonu və noyabrın əvvəlində Cənubi Koreyanın Kyoncu şəhərində keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: