Kiyev Donbasda demilitarizasiya zonasına razılıq verdiyi ilə bağlı məlumatları təkzib edib

A- A A+

Ukraynanın Prezident Administrasiyası guya Kiyevin Donbasda demilitarizasiya zonasının yaradılmasına razılıq verdiyi ilə bağlı “Le Monde” qəzetində yer alan məlumatları təkzib edib.

NUHÇIXAN xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında nəşrdəki məlumatın düzgün təqdim olunmadığını bildirib. Onun sözlərinə görə, Prezident Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak yalnız müzakirə oluna biləcək nəzəri modellərdən danışıb və burada hər hansı bir təsdiqlənmiş qərardan söhbət gedə bilməz.

Qeyd edək ki, bir müddət öncə Fransanın “Le Monde” qəzeti Ukrayna hakimiyyətinin Donbasda hərbsizləşdirilmiş bufer zonasının yaradılması ideyası ilə razılaşdığını və bunun üçün mövcud cəbhə xətti boyunca hərbi qüvvələrin qarşılıqlı şəkildə geri çəkilməli olduğunu yazmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: