Pakistan 2030-cu ilədək ədalətli dünya nizamı qurmağı hədəfləyib

A- A A+

Milli dayanıqlı inkişaf gündəliyi 2030-cu ilədək daha ədalətli və firavan dünya nizamı qurmağa yönəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkmənistan neytralığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, sosial-iqtisadi inkişaf və əhalinin rifahının yüksəldilməsi Pakistan hökumətinin əsas prioritetidir. "Ölkə qlobal istiləşmənin yaratdığı çətinliklərə baxmayaraq, maliyyə əlçatanlığının genişləndirilməsi, qadınların və həssas qrupların iqtisadi həyata cəlb edilməsi daxil olmaqla, əsas istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə nail olub", - deyə Ş.Şərif qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: