Alister Karns: Böyük Britaniya təhlükəsizlik sahəsində yalnız ABŞ-a etibar etməyəcək

A- A A+

Böyük Britaniya təhlükəsizlik məsələsində yalnız ABŞ-a güvənməyi dayandıracaq və ölkənin müdafiə sektoruna investisiyaları artıracaq.

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Alister Karns bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib. “Son 50-60 il ərzində biz Amerikanın təhlükəsizlik zəmanətlərinə güvənmişik. Hazırda ABŞ çoxqütblü təhdidlərlə üzləşib. Birləşmiş Ştatların Prezidenti Donald Tramp NATO-nun 5-ci maddəsini dəstəklədiyini bildirsə də, həm Şərqdə, həm də Qərbdə baş verənlər nəzərə alınmalıdır. Əvvəllər təhlükəsizliyimizi ABŞ-a həvalə edirdik. Bu yanaşmanı Avropada kollektiv şəkildə, Böyük Britaniyada isə fərdi olaraq dəyişdirmişik”, - deyə Alister Karns bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrini nəzarətsiz miqrasiyaya görə tənqid edən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası göstərir ki, Avropa öz təhlükəsizliyini gücləndirmək üçün ilk növbədə özünə güvənməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: