ABŞ-də Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma azı iki nəfərin həyatına son qoyub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" (AP) mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, silahlı insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
Şəhərin meri Brett Smayli dekabrın 13-də atışma zamanı iki nəfərin öldüyünü təsdiqləyib. Mer "Fox News" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib: "Mən təsdiq edə bilərəm ki, bu gün günortadan sonra iki nəfər həlak olub, daha doqquz nəfərin vəziyyəti ağırdır".
Bundan əvvəl Providens polisi insident zamanı ölənlərin olduğunu bildirmişdi.
