ABŞ-də universitetdə atışma zamanı özbək tələbə həlak olub

A- A A+

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində baş verən atışmada özbək tələbə Məhəmməd Əziz Umurzokov həlak olub.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi "teleqram"da məlumat yayıb.

"Braun Universitetində baş verən faciəli atışma ilə əlaqədar olaraq, hadisədə həlak olan özbək tələbə Məhəmməd Əziz Umurzokun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Günahsız insanların həyatına son qoyan bu faciə hamımız üçün ağır itkidir", - açıqlamada bildirilir.

Özbəkistanın ABŞ-dəki diplomatik korpusunun nümayəndələri mərhumun qohumları ilə daim əlaqə saxlayır və bütün məsələlər üzrə Birləşmiş Ştatların hakimiyyət orqanları ilə sıx əlaqədədirlər.

Xatırladaq ki, Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində azı iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: