Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu həftə Yaponiyaya rəsmi səfəri baş tutacaq.
NUHÇIXAN Akordaya istinadən xəbər verir ki, səfər dekabrın 18-20-si baş tutacaq.
"Səfər çərçivəsində imperator Naruhito, Baş nazir Sanae Takaiçi və Yaponiyanın iş dairələrinin nümayəndələri ilə görüşlər nəzərdə tutulur. Bundan əlavə, Qazaxıstan Prezidenti "Mərkəzi Asiya - Yaponiya" sammitinin işlərində iştirak edəcək", - dövlət başçısının mətbuat xidməti bildirib.
