Ukrayna NATO-ya üzv ola bilməyəcəyi təqdirdə ona real təhlükəsizlik zəmanətləri verilməlidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
"Əgər biz Ukraynanın NATO-ya üzvlüyündən danışa bilmiriksə, o zaman təhlükəsizlik zəmanətlərini müəyyən etmək lazımdır. Bunlar sənədlər və ya vədlər ola bilməz. Söhbət Ukraynanın özünü müdafiə etmək qabiliyyətini təmin edən real qoşunlardan və real mexanizmlərdən getməlidir", - K.Kallas deyib.
O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə yalnız Donbasla məhdudlaşmaya bilər, bu isə bütün Avropanın təhlükəsizliyinə təhdiddir.
