Avstraliya silah qanunvericiliyini sərtləşdirmək istəyir

A- A A+

Avstraliyanın Baş naziri Entoni Albaniz Sidney çimərliyində baş verən terror aktından sonra milli silah qanunvericiliyini sərtləşdirməyi təklif edib.

NUHÇIXAN “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə Albaniz jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət silah qanunlarının daha da sərtləşdirilməsi daxil olmaqla, lazımi tədbirlər görməyə hazırdır. Baş nazir lisenziya sahibinin ala biləcəyi silahların sayına məhdudiyyət qoyulmasını da təklif edəcəyini deyib.

Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns öz növbəsində bildirib ki, ştatda silah qanunları dəyişdiriləcək. O, silah lisenziyalarının müddətsiz verilməsinə qarşı olduğunu vurğulayıb.

Avstraliyanın silah qanunları sonuncu dəfə 1996-cı ildə Port-Arturda 35 nəfərin ölümünə səbəb olan kütləvi atışmadan sonra nəzərdən keçirilib.

Xatırladaq ki, dünən yəhudilərin Hanuka bayramı zamanı Sidney çimərliyində atışma baş verib. Son məlumatlara görə, ölənlərin sayı 16-ya çatıb, daha 42 nəfər xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: