Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək

A- A A+

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək və bu işə özəl sektoru cəlb etməli olacaq.

NUHÇIXAN xəbər verir ki, genişlənmə üzrə Avropa komissarı Marta Kos bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə çıxış edərkən deyib.

“Hazırda Ukrayna üçün maliyyələşdirmə ilə bağlı razılaşma prosesindəyik. Lakin Ukraynanın bərpası özəl vəsaitlər cəlb edilmədən və özəl şirkətlər olmadan mümkün deyil. Özəl şirkətlərin Ukraynaya sərmayə yatırması və yenidənqurma işlərində iştirakı üçün təhlükəsiz investisiya mühiti və hüquqi müəyyənlik lazımdır. Korrupsiyaya qarşı mübarizə tədbirləri məhz bu məqsədlə aparılmalıdır”, - deyə Marta Kos Ukraynadakı korrupsiya qalmaqallarını şərh edərkən bildirib.

Qeyd edək ki, dekabrın 18-19-də keçiriləcək sammitdə Avropa İttifaqı liderləri 2026-2027-ci illərdə Rusiya aktivlərinin ekspropriasiyası yolu ilə Ukraynaya təzminat kreditini razılaşdırmaq niyyətindədirlər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dekabrın 3-də elan etdiyi plana əsasən, Brüssel 2026-2027-ci illərdə Ukraynanın cari hərbi xərclərini və ya sülh bağlanacağı təqdirdə ordusunun yenidən qurulmasını Rusiyanın ekspropriasiya edilmiş 210 milyard avroluq aktivləri hesabına ödəmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: