Bolqarıstanda illik inflyasiya noyabr ayında 5,2 faiz təşkil edib

A- A A+

Bolqarıstanda illik inflyasiya noyabr ayında 5,2 faiz təşkil edib.

NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, ilin əvvəlindən inflyasiya səviyyəsi 4,8 faiz, 2024-cü ilin dekabr-noyabr ayları arasında orta illik inflyasiya səviyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz olub.

Bu ilin noyabr ayında İstehlak Qiymətlərinin Harmonikləşdirilmiş İndeksi ilə ölçülən aylıq inflyasiya 0,2 faiz, illik inflyasiya isə 3,7 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: