Etik normalara riayət etməyən qırğız nazir işdən çıxarılıb

A- A A+

Qırğızıstanda elm, ali təhsil və innovasiyalar naziri Baktiyar Orozov xidməti etika normalarına riayət etmədiyi üçün vəzifəsindən azad edilib.

NUHÇIXAN-ın Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fərman ölkənin dövlət başçısı Sadır Japarov tərəfindən imzalanıb.

Qərar Qırğızıstan Respublikasının konstitusiyasına, həmçinin "Dövlət mülki xidməti və bələdiyyə xidməti haqqında" qanuna uyğun olaraq qəbul edilib.

Məlumatda qeyd olunur ki, Baktiyar Orozov dövlət və bələdiyyə qulluqçularının etik normalarının tələblərinə riayət etmədiyi üçün vəzifəsindən azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: