Ekspertlər Honkonqda baş verən güclü yanğın nəticəsində ümumi itkilərin 100 milyonlarla dollar olduğunu təxmin edirlər.
NUHÇIXAN xəbər verir ki, təkcə yanan mənzillərin bazar dəyəri təxminən 642,3 milyon dollar həcmində qiymətləndirilir. Hesablamaya kütləvi tədbirlərin ləğvi ilə bağlı dolayı iqtisadi zərərlər daxil deyil. Belə ki, yanğından sonra şəhərdə hər il keçirilən “Hong Kong Cyclothon” velomorofonu, eləcə də müğənni Karen Mokun 50 min tamaşaçı tutumuna malik yeni “Kai Tak” stadionunda ilk konserti ləğv edilib.
Xatırladaq ki, noyabrın 26-da Honkonqun “Wang Fuk Court” yaşayış kompleksində baş verən yanğın nəticəsində 160 nəfər həlak olub, 5 minə yaxın isə evini itirib. Hüquq-mühafizə orqanları faciə ilə əlaqədar 13 nəfəri həbs edib.
