Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 23 milyard 216,2 milyon dollar təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Xidmətin ilkin hesablamalarına görə, xarici ticarətdə ixracın həcmi 10,1 faiz arataraq 6 milyard 618,1 milyon dollar, idxalın həcmi isə 9,3 faiz aratarq 16 milyard 598,1 milyon dollar təşkil edib.
Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsində mənfi ticarət saldosu 9 milyard 980 milyon dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 43 faizi deməkdir.
