Kamboca ilə münaqişədə 17 Tailand hərbçisi həlak olub

A- A A+

Kamboca ilə sərhəd münaqişəsində 17 Tailand hərbçisi həlak olub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Matchon" qəzeti məlumat yayıb.

15 dekabrda davam edən qarşıdurmalar zamanı Tailand Quru Qüvvələrinin zabiti həlak olub.

Xatırladaq ki, iki dövlət arasında silahlı toqquşmalar 7 dekabrda başlayıb.

Bir gün sonra rəsmi Banqkok bəyan edib ki, Kamboca sərhəd bölgəsindəki mövqelərini atəşə tutub.

Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Rəsmi Pnompen hərbçiləri arasında itkilərin olması barədə məlumat verməsə də, Tailand toqquşmalarda 200-dən çox Kamboca əsgərinin həlak olduğunu bəyan edib.

Kambocanın informasiya naziri Net Pheaktra əvvəllər 15 mülki şəxsin öldüyün açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: