Beynəlxalq Dəniz Təşkilatı Şimali Koreyada yoxlama aparıb

A- A A+

BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri Şimali Koreyanın üzvlük öhdəliklərini yerinə yetirməsini yoxlamaq üçün bu ölkədə səfərdə olublar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxeminə (IMSAS) əsasən keçirilən yoxlama zamanı nümayəndə heyəti Şimali Koreya rəsmiləri ilə görüşüb, bir neçə yerə baş çəkib.

Qeyd edək ki, Şimali Koreya 1986-cı ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Rəsmi Pxenyan beynəlxalq qurumların heyətlərinin ölkəyə girişini məhdudlaşdırdığı dövrdə Beynəlxalq Dəniz Təşkilatının nümayəndələrinin audit aparması maraq doğurur. BMT rəsmilərindən sonuncu dəfə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru ötən ilin iyulunda Şimali Koreyada səfərdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: