Böyük Britaniya və Cənubi Koreya ticarət sazişi imzalayıb

A- A A+

Böyük Britaniya və Cənubi Koreya arasında yeni ticarət sazişi yekunlaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, saziş çərçivəsində Böyük Britaniyanın bir sıra əsas sahələri, o cümlədən əczaçılıq sənayesi, avtomobil istehsalı, spirtli içkilər sektoru və maliyyə xidmətləri üstünlüklər əldə edəcək. Razılaşma mövcud tarifsiz ticarət rejiminin əksər mal və xidmətlər üzrə uzadılmasını nəzərdə tutur.

Bu, Leyboristlər hökumətinin Avropa İttifaqı, ABŞ və Hindistanla əldə etdiyi razılaşmalardan sonra imzaladığı dördüncü ticarət sazişidir. Həmin razılaşmaların indiyədək Böyük Britaniya iqtisadiyyatına ciddi təsir göstərmədiyi qeyd olunur.

Son illərdə Cənubi Koreya mədəniyyəti xüsusilə musiqi, kosmetika və qida məhsulları Böyük Britaniyada daha geniş populyarlıq qazanıb. Ticarət naziri Kris Braynt Londonda yerləşən “Samsung” şirkətinin mağazasında cənubi koreyalı həmkarı Yeo Han-ku ilə birlikdə sazişin imzalandığını elan edib.

Qeyd edək ki, Böyük Britaniyanın Cənubi Koreya ilə əvvəlki ticarət sazişinin müddəti 2026-cı ilin yanvarında başa çatmalı idi. Yeni razılaşma isə tariflərin artırılması riskindən qoruyaraq Böyük Britaniyanın 2 milyard funt sterlinqlik ixracının təhlükəsizliyini təmin edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: