Media: ABŞ Kiyevdən təhlükəsizlik zəmanətinə mümkün qədər tez razılıq verməsini tələb edir

A- A A+

Vaşinqton Kiyevdən Ukrayna üçün NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sazişə mümkün qədər tez razılıq verməsini tələb edib.

NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə yüksəkvəzifəli amerikalı mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, həmin təklif ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya verdiyi ən güclü və ən açıq təhlükəsizlik zəmanətidir. Lakin saziş gizli ultimatumla müşayiət olunub: “Təklifi indi qəbul edin, əks halda, növbəti saziş bu qədər səxavətli olmayacaq”.

Nəşrin mənbəyinin sözlərinə görə, Ukrayna hakimiyyəti qərarın qəbulunu uzadarsa, bu cür təhlükəsizlik zəmanətləri sülh sazişinə daxil edilməyə bilər.

Qeyd edək ki, bu ərəfədə Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqı ölkələrinin və ABŞ-ın Ukrayna üçün NATO Nizamnaməsinin beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldiyini bildirib.

“Axios” portalının yazdığına görə, Prezident Donald Tramp Rusiyanı Kiyev üçün təhlükəsizlik zəmanətinə razı sala biləcəyinə inanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: