Tailandla münaqişə nəticəsində Kambocada 130 minə yaxın uşaq evsiz qalıb

A- A A+

Tailandla münaqişə səbəbindən 130 minə yaxın kambocalı uşaq ailələri ilə birlikdə evlərini tərk etmək məcburiyyətində qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Net Pxeaktra məlumat verib.

Bildirildiyinə görə, münaqişənin kəskinləşməsi səbəbindən Kambocanın 6 əyalətindən təxminən 126 min 500 ailə və ya təxminən 422 min 700 sakin evlərini tərk edib. Onların arasında təxminən 344 min qadın və uşaq var.

Kambocada atəş nəticəsində 15 mülki şəxs həlak olub, 76-sı yaralanıb. 42 yaşayış binası, bir neçə dini məkan, eləcə də şəhər və yol infrastrukturu zədələnib.

Xatırladaq ki, dekabrın 7-də Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmalar baş verib. Tailand Kral Ordusundan bildirilib ki, Kamboca qüvvələri səhər tezdən sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutmağa başlayıb. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq, Kambocanın hərbi infrastrukturuna hücum edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: