Hazırda Avropanın yeraltı anbarlarında 69,75 faiz qaz qalıb ki, bu da son beş ilin eyni dövrünün orta göstəricisindən 9,1 faiz azdır.
NUHÇIXAN xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, istilik mövsümünün başladığı oktyabrın 13-dən bəri Avropa İttifaqı ölkələri anbarlardan 18 milyard kubmetrdən çox qaz çıxarıb. Hazırda Avropa İttifaqının yeraltı anbarlarında 77 milyard kubmetr qaz qalıb.
Avropa Komissiyasının tələblərinə əsasən, üzv ölkələr hər il noyabrın 1-dək özlərinin qaz anbarlarını 90 faizədək doldurmalıdır.
Bu həftə Avropada hava şəraitinin isti olacağı gözlənilir. Noyabr ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı orta hesabla 20 faiz təşkil edib, dekabrda isə bu göstərici hələlik 19 faizdir.
London ICE birjasında min kubmetr qazın qiyməti noyabrda ortalama 368 dollara, dekabrda isə 331 dollara enib.
