Gürcüstan da BBC-yə qarşı hüquqi addımlar atmağa hazırlaşır və artıq bu istiqamətdə vəkillər işləyir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Trampın BBC-yə qarşı iddiası Gürcüstanın mövqeyini gücləndirir. "Prezident Tramp BBC-yə qarşı 10 milyard dollarlıq iddia qaldıracağını elan etdi. Biz də bu iddia üzərində işləyirik və təbii ki, eyni yolu tutacağıq”, – deyə parlament sədri bildirib.
Onun sözlərinə görə, bu hadisə müxtəlif ölkələrdə eyni media qrupu tərəfindən idarə olunan və vahid təbliğat xətti aparan mexanizmin mövcudluğunu bir daha sübut edir.
