Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 218 kilometr aralıda, 58,3 kilometr dərinlikdə yerləşib.
