Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstan levini 2026-cı il yanvarın 1-də avronun xarici valyuta məzənnələri siyahısından çıxaracaq.
NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, rəsmi konvertasiya məzənnəsində (AMB-nin dörd onluq işarə ilə dərc olunan avro valyuta məzənnələrindən fərqli olaraq, beş onluq işarə ilə dərc olunur) 1 avro 1.95583 Bolqarıstan levinə bərabərdir.
