Almatı–Astana reysi ilə uçan təyyarə salondakı tüstülənmə səbəbindən hava limanına geri dönüb

A- A A+

Almatı-Astana reysi ilə uçan "Air Astana" aviaşirkətinə məxsus "Airbus А321N EI-KDG" sərnişin təyyarəsi salonda baş verən tüstülənmə səbəbindən qalxdığı hava limanına geri qayıdıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, sərnişinlər və ekipaj arasında xəsarət alanlar yoxdur.

"Eniş saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Almatı hava limanının yanğın və xilasetmə xidmətləri cəlb edilib. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin əməkdaşları ətraflı araşdırma aparırlar", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: