Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edən 4 Ermənistan vətəndaşı saxlanılıb

A- A A+

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi "Sadaxlo" sərhəd sektorunda sərhədi qrup halında qanunsuz keçməyə cəhd edən 4 nəfəri saxlayıb.

NUHÇIXAN xəbər verir ki, dövlət sərhədinin mühafizə olunan hissəsində saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır. Onlar Gürcüstan dövlət sərhədini qanunsuz keçdiklərinə görə saxlanılıblar.

Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət içi başlanılıb. Saxlanılan şəxsləri 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: