“OpenAI” şirkəti “ChatGPT Images 1.5” buraxıb: daha yüksək sürət və yeni imkanlar

A- A A+

“OpenAI” şirkəti “ChatGPT” daxilində görüntü generasiyasını yeniləyib.

NUHÇIXAN “OpenAI” bloqundakı rəsmi elana istinadən xəbər verir ki, yenilənmiş “ChatGPT Images”in əsasını yeni model (API-də GPT Image 1.5) təşkil edir. Tərtibatçılar çox cəlbedici səslənən bir neçə əsas təkmilləşdirməni qeyd edirlər.

Əsas təkmilləşdirmələr - generasiya sürəti dörd dəfəyə qədər artıb, model isə təlimatlara daha dəqiq riayət edir. Model “Image Arena” reytinqində “Flux.2” və “Gemini 3 Pro Image”dan xeyli irəlidə olmaqla birinci yeri tutub.

Redaktədə əsas dəyişiklik: “GPT Image 1.5” yalnız istifadəçinin xahiş etdiyini dəyişdirir, işıqlandırmanı, kompozisiyanı və insanların görünüşünü saxlayır. Bu, praktik foto redaktələri etməyə imkan verir - məsələn, üzü təhrif etmədən saç düzümlərini və paltarları sınamaq. “OpenAI” bunu “cibdə yaradıcı studiya” adlandırır.

Model yaradıcı transformasiyalar üçün yeni imkanlar verir: orijinalın tanınmasını saxlayaraq fotoşəkilləri posterlərə, reklama, anime üslublarına və digər stilizə edilmiş şəkillərə çevirmək. Mətnin göstərilməsi də təkmilləşdirilib – “GPT Image 1.5” əvvəlki versiyaların zəif tərəfi olan şəkillərdəki kiçik və sıx mətnin öhdəsindən gəlir.

“ChatGPT”də indi yan paneldə hazır filtrlər və trend sorğuları olan ayrıca “Images” bölməsi yaradılıb. Daha bir rahatlıq: şəklinizi bir dəfə yükləyə və yenidən yükləmədən gələcək qenerasiyalar üçün istifadə edə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: