Amerikanın avtomobil şirkəti “Ford” Rusiyada istehsalı dayandıracaq.
NUHÇIXAN xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin Rusiyadakı üç zavodunu yenidənqurma ilə əlaqədar bağlayacağı gözlənilir.
Qeyd edək ki, “Ford” üç il əvvəl Yaponiya və İndoneziya bazarlarından da çıxmışdı. 2012-ci ildə Rusiyada 1 milyon 970 min avtomobil istehsal edən şirkət, 2018-ci ildə maliyyə sıxıntıları səbəbindən bu rəqəmi 1 milyon 560 minə endirmişdi.