KİV: ABŞ Tayvana 11,1 milyard dollar məbləğində silah-sursat satışını təsdiqləyib

A- A A+

ABŞ hökuməti Tayvana "HIMARS" raket sistemləri, tank əleyhinə raketlər və pilotsuz uçuş aparatları daxil olmaqla, ümumi dəyəri təxminən 11,1 milyard dollar olan bir neçə silah paketinin satışını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, bu, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtdıqdan bəri Tayvana silah satışı barədə ikinci addımdır.

Məlumata görə, səkkiz silah paketindən ibarət siyahıda "M109A7" haubitsası, "HIMARS" raket sistemləri, "TOW 2B" tank əleyhinə raket sistemləri, pilotsuz uçuş aparatları və "FGM-148 Javelin" tank əleyhinə sistemlər var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: