Almaniya Ukraynaya 70 milyon avro əlavə yardım ayırıb

A- A A+

Almaniya hökuməti Rusiyanın ölkənin enerji infrastrukturuna hücumları səbəbindən Ukraynaya 70 milyon avro məbləğində əlavə yardım ayırıb.

NUHÇIXAN "Tagesschau"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın federal iqtisadi əməkdaşlıq və inkişaf naziri Rim Alabali-Radovan bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik iki milyondan çox insanı istilik, su və elektrik enerjisi ilə təmin etmək üçün yardımı genişləndirir.

"Xüsusilə indi Ukraynanın əsas enerji ehtiyaclarının təcili təmin olunması üçün bu yardım son dərəcə vacibdir", - nazir bildirib.

Rim Alabali-Radovan qeyd edib ki, pullar ilk növbədə mobil istilik qurğuları kimi mərkəzləşdirilməmiş istilik təchizatı sistemlərinə sərmayə qoymaq üçün nəzərdə tutulub.

"Bələdiyyələr böyük elektrik stansiyaları hücuma məruz qalsa belə, məktəblərin, uşaq bağçalarının və xəstəxanaların isidilməsinə imkan yaratmalıdılar. Bu enerji təchizatı tədbirləri insanlara gündəlik çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək", - Alabali-Radovan deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: