Qazaxıstan ilə Azərbaycan arasında xarici ticarət həcmi bu ilin yanvar-oktyabr aylarında 385,2 milyon dollar və ya hesabat dövründə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib.
NUHÇIXAN Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac həcmi 325,9 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir.
Azərbaycandan malların idxalı həcmi 59,2 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.
