Parisdə Livan üzrə yeni beynəlxalq konfransın tarixi təyin olunacaq

A- A A+

Parisdə Fransa, Səudiyyə Ərəbistan və ABŞ nümayəndələrinin Livandakı vəziyyət və Livan ordusuna dəstək məsələlərinə həsr olunmuş üçtərəfli görüşü keçiriləcək.

Bu barədə NUHÇIXAN "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir.

Danışıqlar zamanı Livan silahlı qüvvələrinə təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində yardım mexanizmlərinin, ölkənin cənubunda qoşunların yerləşdirilməsi planının həyata keçirilməsi, həmçinin sərhəd demarkasiyası ilə bağlı xəritələrin təqdim olunmasının müzakirəsi planlaşdırılır.

Bundan əlavə, tərəflər Livanın regional sabitliyin qorunması rolunu nəzərdən keçirəcək və ölkə üzrə yeni beynəlxalq konfransın keçirilmə tarixini təyin edəcəklər.

Görüşdə Livan ordusunun komandanı Rodolf Haykalın iştirak edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: