Finlandiya, Polşa və Niderland kəşfiyyat peyklərini birgə idarə edəcək

A- A A+

Finlandiya Müdafiə Nazirliyi kəşfiyyat peyklərini Polşa və Niderlandla birgə idarə etməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, Interfax agentliyi bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanenə istinadla məlumat yayıb. “Biz müttəfiqlərimizlə birlikdə kosmik imkanları inkişaf etdirmək üçün konkret addımlar atırıq. Finlandiyanın peykləri və yüksək texnologiya sahəsindəki təcrübəsi bu sahədə davamlı əməkdaşlıq üçün əla imkanlar yaradır”, - deyə nazir bildirib.

Antti Hakkanenin sözlərinə görə, Finlandiya əldə etdiyi peyklərin istifadəsi ilə bağlı beynəlxalq əməkdaşlığa sadiqdir. “Məqsədimiz peyklərdən istifadənin inkişafına, həmçinin ölkələrin müşahidə və kəşfiyyat sahəsindəki imkanlarının artırılmasına yönələn tədbirlər görməkdir”, - deyə o vurğulayıb.

Finlandiya, həmçinin digər tərəfdaş ölkələri də bu əməkdaşlığa qoşulmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: