ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub

A- A A+

ABŞ hərbçiləri Sakit okeanın beynəlxalq sularında narkotik daşıdığı ehtimal edilən daha bir gəmini vurub və nəticədə 4 nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, ABŞ-ın Cənub Komandanlığının sosial şəbəkədə yaydığı məlumata görə, gəmi Birləşmiş Ştatlarda terrorçu qruplaşma kimi tanınan təşkilat tərəfindən istifadə olunurdu. ABŞ kəşfiyyatı gəminin Şərqi Sakit Okeanda məlum narkotik ticarəti marşrutları ilə hərəkət etdiyini və narkotik alveri əməliyyatlarında iştirakını təsdiqləyib.

Komandanlıq bildirib ki, hücum Pentaqonun başçısı Pit Heqsetin göstərişi ilə həyata keçirilib.

Sentyabrın əvvəlindən Pentaqon Karib hövzəsində və Şərqi Sakit okean sularında 26-dan çox narkotik yüklü gəmini batırıb. Bu hücumlar zamanı azı 99 ekipaj üzvü ölüb.

Son həftələrdə Prezident Donald Tramp dəfələrlə bəyan edib ki, Amerika ordusu “çox yaxında” Karib hövzəsində narkotik alverçilərinə yerüstü zərbələr endirməyə başlayacaq. Onun bu sözləri ABŞ və Venesuela arasında gərginliyi daha da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: