Antonio Koşta: Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması ilə bağlı qərar verilmədən iclası tərk etməyəcəyik

A- A A+

Bu gün Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyaclarının təmin edilməsinə dair yekun qərar olmadan iclası tərk etməyəcəyik.

NUHÇIXAN xəbər verir ki, bunu Avropa İttiaqı Şurasının Prezidenti Antonio Koşta Şuranın Brüsseldə keçirilən iclasından əvvəl media nümayəndələrinə açıqlamasında deyib.

O, Şuranın oktyabrdakı iclasında müzakirə olunan iki məsələdən biri - Ukraynada müharibə başa çatana qədər və Rusiya Ukraynaya reparasiya ödəyənədək Rusiyanın Avropada dondurulmuş aktivlərinin bloklanması barədə qərarın qəbul olunduğunu xatırladaraq bildirib.

“Biz bu məsələ üzrə öhdəliyimizi ötən həftə yerinə yetirdik, Şura Rusiyanın Avropada dondurulmuş aktivlərinin uzun müddətə bloklanmasını təsdiqlədi. Qəbul etdiyimiz ikinci mühüm qərar isə Ukraynanın 2026-cı və 2027-ci illər üçün maliyyə ehtiyaclarının təmin olunması ilə bağlıdır. Bu gün diqqətimizi həmin öhdəliyin hansı mexanizm vasitəsilə həyata keçirilməsinə yönəldəcəyik. Ukraynanın maliyyə ehtiyacları ilə bağlı qərarın qəbulu üzərində bu gün, zərurət yaranarsa sabah da işləyəcəyik. Lakin bir məsələ qətidir. Ukraynanın 2026-2027-ci illər üzrə maliyyə ehtiyaclarının təmin edilməsinə dair yekun qərar qəbul olunmadan Şuranın iclasını tərk etməyəcəyik”, - deyə Antonio Koşta vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: