Böyük Britaniyada terrorla bağlı həbslər kəskin artıb

A- A A+

Böyük Britaniyada “Palestine Action” adlı etiraz qrupuna dəstək göstərilməsi ilə əlaqədar terrorla bağlı həbslərin sayı bir il ərzində 660 faiz artıb.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, İsrailin Fələstindəki hərbi əməliyyatlarına qarşı çıxan bu qrup cari ilin iyul ayında terror qanunvericiliyi çərçivəsində qadağan edilib. Qadağadan sonra yüzlərlə insan “Soyqırımına qarşıyam, “Palestine Action”u dəstəkləyirəm” yazılı plakatları ilə etiraz aksiyaları keçirib. Qanunvericiliyə əsasən, bu cür ifadələr artıq terror fəaliyyəti ilə əlaqəli cinayət hesab olunur.

Hökumət tərəfindən dərc edilən statistikaya əsasən, sentyabr ayına qədər olan bir il ərzində terror fəaliyyəti ilə bağlı ümumilikdə 1886 nəfər saxlanılıb. Onlardan 1630 nəfəri, yəni 86 faizi “Palestine Action”a dəstək göstərilməsi ilə əlaqələndirilir. Əvvəlki ildə terrorla bağlı həbslərin ümumi sayı 248 nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: