Ermənistan Avropa Sülh Fondundan 20 milyon avro alacaq

A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan Macarıstanın Avropa Sülh Fondundan Yerevana 20 milyon avro ayrılması barədə vetosunu ləğv etməsi haqqında məlumatı təsdiqləyib.

Bu barədə NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir.

"Ermənistan xarici işlər naziri mənə bildirdi ki, macar həmkarları qərarla razılaşıb və konsensus var. De-yure qərar qəbul edilib və dərc olunacaq. Hələ məzmun barədə heçnə deyə bilmərəm, lakin hər halda bu, sülh məntiqinə uyğun olaraq töhfə verəcək və xərclənəcək", - deyə N.Paşinyan jurnalistlərə deyib.

Xatırladaq ki, 2024-cü ilin iyul ayında Ermənistan Avropa Sülh Fondundan səhra modul düşərgəsinin yaradılması üçün 10 milyon avro məbləğində birdəfəlik qrant alıb. 2025-ci ilin martında İrəvan Avropa Sülh Fondundan dəstək almaq üçün ikinci ərizə göndərib. Daha sonra Macarıstan Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro verilməsi barədə qərarı bloklayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: