Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd olunub

A- A A+

Mayın 19-da Türkiyədə Atatürkü anma, gənclik və idman günüdür. Bu münasibətlə ölkədə silsilə bayram mərasimləri təşkil olunub. Rəsmi bayram mərasimi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarətlə başlayıb.

NUHÇIXAN xəbər verir ki, Gənclik və idman naziri Osman Aşkın Bakın rəhbərliyi ilə ölkə ictimaiyyətinin nümayəndələri, o cümlədən Şimali Kiprdən gəlmiş heyət Türkiyənin xilaskarı, böyük dövlət xadimi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbir abidəsini ziyarət ediblər. Atatürkün məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi yad edilib. Anıtqəbirdə böyük izdiham yaşanıb.

Bayram tədbirləri ölkənin ayrı-ayrı bölgələrində də qeyd olunub. Bütün küçə və meydanlar, mərkəzi yerlər bayramsayağı bəzədilib.

Samsun şəhərində də möhtəşəm tədbirlər təşkil olunub. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələri şəhərin səmasında möhtəşəm “Solo-türk” uçuşlar həyata keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: