Rusiyada təsisçiləri Azərbaycan vətəndaşları olan şirkətlərin sayı 2021-ci ildən indiyədək 3,6 dəfə artıb.
NUHÇIXAN yerli mənbələrə istinadla xəbər verir ki, bu cür şirkətlərin sayı 2021-ci ilin dekabr ayından bəri 292-dən 1037-yə yüksəlib.
Söhbət təsisçi və ya həmtəsisçiləri Azərbaycan vətəndaşları və ya ölkəmizdən olan hüquqi şəxslərin olduğu şirkətlərdən gedir.
Bildirilir ki, hazırda ümumilikdə Rusiyadakı şirkətlərin 1,6 faizini Azərbaycan vətəndaşlarına məxsus şirkətlər təşkil edir. 2021-ci ilin sonunda bu göstərici 0,7 faiz olub.
