Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq

A- A A+

Ukrayna 2026-cı ilin yazına qədər Avropa İttifaqından (Aİ) maliyyə yardımı almazsa, dronların istehsalını azaltmalı olacaq.

NUHÇIXAN-ın yerli KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasının keçirildiyi Brüsseldə mətbuat konfransında bildirib.

"Əgər müvafiq tranş alınmazsa, Ukraynada dronların istehsalı dəfələrlə azalacaq", - ölkə Prezidenti qeyd edib.

V.Zelenski vurğulayıb ki, Ukraynanın tərəfdaşları ölkəyə maliyyə yardımı ilə bağlı yekun qərarı 2025-ci ilin sonuna qədər qəbul edə bilərlər.

Qeyd edək ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: