Makron: Avropa Rusiya ilə birbaşa danışıqlara hazır olmalıdır

A- A A+

ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar uğursuz olarsa, Avropa liderləri və Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə qurmağa hazır olmalıdırlar.

NUHÇIXAN xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə Avropa İttifaqının sammitindən sonra jurnalistlərə deyib. “ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqları uğursuz olarsa, avropalılar Ukrayna üçün tam şəffaflıq şəraitində Rusiya ilə dialoqu tam bərpa etməyin yollarını tapmalıdır”, - deyə Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, Rusiya ilə danışıqlar üçün düzgün çərçivə tapmaq vacibdir.

Vaşinqtonun Ukrayna böhranını həll etmək səylərini şərh edən Fransanın dövlət başçısı hazırda vəziyyətin ideal olmadığını vurğulayıb.

Qeyd edək ki, Donald Tramp noyabr ayında münaqişənin nizamlanması üzrə 28 maddəlik planını təklif etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Sənəd Kiyev və onun avropalı tərəfdaşlarının narazılığına səbəb olub. ABŞ Prezidenti daha sonra orijinal planın Kiyev və Moskvanın mövqeləri nəzərə alınmaqla yenidən hazırlandığını və yalnız bir neçə mübahisəli məsələnin qaldığını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: